...

Azərbaycan və Gürcüstan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub

Siyasət Materials 8 Oktyabr 2025 16:31 (UTC +04:00)
Azərbaycan və Gürcüstan arasında kibertəhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə olunub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Gürcüstan Müdafiə Nazirlikləri arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Tbilisi şəhərində hər iki ölkənin kibertəhlükəsizlik üzrə hərbi mütəxəssislərinin işçi görüşü keçirilib.

Bu barədə Trend-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzərək Ulu Öndərin xatirəsini hörmət və ehtiramla anıb.

Sonra Şindisi Memorialı ziyarət olunub, Gürcüstanın qəhrəman hərbçilərinin xatirəsi ehtiramla yad edilib.

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Xidmətinin rəisi polkovnik-leytenant Elşən Həsənov Gürcüstan Müdafiə Nazirliyinin Kibertəhlükəsizlik Bürosunun rəhbəri Luka Mgeladze ilə görüşüb.

Gürcüstan Müdafiə Nazirliyində keçirilən görüşdə kibertəhlükəsizlik sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, yeni perspektivlər və birgə layihələrin həyata keçirilməsinə dair geniş fikir mübadiləsi aparılıb.

Görüşdə qarşılıqlı təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin vacibliyi xüsusi vurğulanıb.

Görüşdən sonra David Aqmaşenebeli adına Gürcüstan Milli Müdafiə Akademiyasını ziyarət edən Azərbaycan nümayəndə heyəti burada informatika ixtisası üzrə təhsil alan kursantların tədris prosesini izləyib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti