...

Avropada "vegeterian burger" termini qadağan olunur

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 20:19 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Avropa Parlamentinin deputatları “veggie-burger” (vegeterian burger) kimi ət olmayan məhsulların adlandırılmasında dəyişiklik etmək üçün səs veriblər.

Trend xarici KİV-ə istinadən xəbər verir ki, deputatlar 355 səs lehinə, 247 səs əleyhinə olmaqla, kənd təsərrüfatı istehsalçılarını qorumaq məqsədilə ərzaq sektorunda ət termini ilə bağlı məhdudiyyətləri nəzərdə tutan düzəlişi qəbul ediblər.

Yeni qayda layihəsinə görə burger, steyk, kolbasa kimi ifadələr ət ehtiva etməyən məhsullar üçün istifadə oluna bilməz.

Qanunun yekun mətninin Avropa Parlamentinin, hökumətlərin və Avropa Komissiyasının nümayəndələri arasında aparılacaq danışıqlardan sonra müəyyən ediləcəyi bildirilir.

Qeyd edək ki, Aİ artıq süd məhsulları üçün “süd”, “kərə yağı”, “krem”, “pendir” kimi terminlərlə bağlı dəyişiklik edib. Məsələn “yulaf südü” kimi ifadələrdə “süd” əvəzinə “içki” sözünün istifadə olunması tələb edilir.

Xəbər lenti

Xəbər lenti