Bakı. Trend:
ABŞ-nin Karolina institutunun Nobel Assambleyası metalorqanik karkas strukturların inkişafına verdikləri töhfəyə görə Yaponiyadan olan Susumi Kitaqava, avstraliyadan olan Riçard Robson və Amerikadan olan Omar Yaqiyini kimya üzrə 2025-ci il nobel mükafatına layiq görüb.
Trend xarici KİV-lərə istinadən xəbər verir ki, təntənəli mükafatlandırma mərasimi Stokholmda baş tutub.
Bundan əvvəl 2025-ci il üzrə Fizika üzrə Nobel mükafatı kvant mexanikası sahəsində apardıqları tədqiqatlara görə amerikalı alimlər Con Klark, Mişel H. Devore və Con M. Martinisə təqdim olunmuşdu. Onlar elektrik dövrəsində makroskopik kvant-mexaniki tunelləşmə və enerji kvantlaşmasını kəşf ediblər.
Fiziologiya və tibb üzrə Nobel mükafatının laureatları isə amerikalılar Meri Brunkov, Fred Ramsdell və yaponiyalı Şimon Sakaguçi olub – onlar immunitetin niyə orqanizmin öz hüceyrələrinə hücum etmədiyini müəyyən ediblər.