...

ABŞ-də vətəndaşlar məhkəmə işlərində süni intellektdən istifadə etməyə başlayıblar

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 22:53 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

ABŞ sakinləri məhkəmə işlərində vəkillərin yerinə generativ süni intellekt (AI) alətlərindən yararlanaraq qalib gəlməyə başlayıblar.

Trend xəbər verir ki, bu barədə NBC telekanalı məlumat yayıb.

Kanal kirayə haqqını gecikdirdiyinə görə mobil evindən çıxarılmaq təhlükəsi ilə üzləşən amerikalı Lin Uaytın hekayəsini nümunə kimi göstərib.

Linn Uayt məhkəmədə təyin olunmuş vəkilin köməyi ilə işi uduzduqdan sonra apellyasiya mərhələsində “ChatGPT” neyron şəbəkəsi və “Perplexity AI” xidmətindən istifadə edib. Süni intellektin yardımı ilə o, evini saxlamağa və ilkin borc məbləğini azaltmağa nail olub.

“Mənim vəziyyətimdə süni intellektin rolunu qiymətləndirməmək mümkün deyil,” – deyə Uayt bildirib. – “AI olmasaydı, bu işi heç vaxt uda bilməzdim.”

Xəbər lenti

Xəbər lenti