Bakı. Trend:
Universitet–özəl sektor əməkdaşlığı inkişaf edir və qarşılıqlı faydalı nəticələr verir.
Trend xəbər verir ki, bunu ADA Universitetinin prorektoru, Milli Məclisin deputatı Fariz İsmayılzadə “Azərbaycan Jest Dili Tətbiqi” layihəsinin təqdimatında bildirib.
O qeyd edib ki, təqdim olunan məhsul universitetin İT fakültəsinin mühəndisləri və təqdimat komandası tərəfindən hazırlanıb:
"“Azərbaycan Jest Dili Tətbiqi” bizim universitetin mütəxəssisləri tərəfindən hazırlanıb. Hesab edirik ki, bu alət cəmiyyət üçün olduqca faydalı olacaq və geniş istifadə imkanlarına malikdir".
Deputatın sözlərinə görə, layihə yalnız universitet tərəfindən deyil, eyni zamanda bir sıra özəl sektor nümayəndələrinin maliyyə və logistik dəstəyi ilə həyata keçirilib.
“Bu fakt bir daha təsdiqləyir ki, universitet–özəl sektor əməkdaşlığı inkişaf edir və qarşılıqlı faydalı nəticələr verir. Gələcəkdə bu tərəfdaşlıq formatında daha çox layihənin reallaşdırılacağına inanırıq”, – deyə Fariz İsmayılzadə əlavə edib.