Bakı. Trend:
PSJ-nin futbolçusu Desire Due karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, "Real" gələn il fransalı vingeri transfer etmək istəyir.
Madrid təmsilçisi 20 yaşlı oyunçu üçün yüksək məbləğdə təzminat ödəməyə hazırdır.
Qeyd edək ki, Desire Due bu mövsüm PSJ-nin heyətində meydanda çıxdığı 11 rəsmi matçda 1 qol vurub, 1 qol ötürməsi edib. Onun klubla müqaviləsi 2029-cu ilin yayına kimidir.