Bakı. Trend:
Məktəb mühitində şagirdlərin sağlamlığının qorunması daim diqqətdə saxlanılmalıdır. Bu, onların təhsil müvəffəqiyyətinə də təsirsiz ötüşmür.
Trend xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.
Bildirilib ki, insan skeletinin düzgün formalaşması bağça və məktəb dövründə baş verir.
"Uşaqlarda qamətin düzgün formalaşmasına diqqət etmək bunun nə
olduğunu anlamayan, gələcəkdə hansı qüsurlara səbəb olacağını
bilməyən uşaqlardan çox valideyn və müəllimlərdən asılıdır.
Məktəbli çantası ağır olmamalıdır. Onu bir əldə daşımaq və ya
təkərli sürmək olmaz, çanta hər iki çiyindən keçməklə kürəkdə
daşınmalıdır.
Partada oturarkən sinəni masaya söykəmək, yazı yazarkən bir tərəf
üstə çox əyilmək məsləhət görülmür. Bu həm qamətin əyilməsinə, həm
də gözlərin tez yorulmasına səbəb ola bilər.
Kitabı çox yaxın və uzaq tutaraq oxumaq düzgün deyil. Gözlə kitab
və ya dəftər arasında məsafə 25-30 sm. olmalıdır.
Gələcək nəslin sağlam yetişməsi üçün hər bir valideyin və xüsusən
ibtidai sinif müəllimləri uşaqlara davamlı nəzarət etməlidir.
Bununla gələcəkdə uşaqlarda skalioz, kifoz kimi onurğa qüsurlarının
qarşısını almış ola bilərik",- deyə qurumdan əlavə edilib.