Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyindəki Azərbaycan Sandartlaşdırma İnstitutu (AZSTAND) 221 yeni dövlət standartı qəbul edib.
Bu barədə Trend AZSTAND-a istinadən xəbər verir.
Qeyd edilib ki, bu normativ sənədlər müxtəlif sahələr üzrə istehlak olunan məhsulların, məhsul istehsalı ilə bağlı proseslərin və istehsal metodlarının təhlükəsizliyinin və keyfiyyətinin yüksəldilməsinə, habelə məhsulların rəqabətqabiliyyətliliyinin artırılmasına və yeni texnologiyaların tətbiqinə şərait yaradır.
Eyni zamanda bildirilib ki, hesabat dövründə 65 dövlət standartının dövrü yoxlanılması aparılıb və ya dəyişikliklər edilib, 57 dövlət standartı ləğv edilib.
Vurğulanıb ki, sahibkarların sifarişi əsasında 104 texniki şərt hazırlanıb və ekspertiza edilərək dövlət qeydiyyatına alınıb.