...

Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə geri qaytarılan vəsaitin həcmi açıqlanıb

İqtisadiyyat Materials 8 Oktyabr 2025 10:39 (UTC +04:00)
Dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə geri qaytarılan vəsaitin həcmi açıqlanıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar–sentyabr aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 218 milyon 354,8 min manat məbləğində vəsait geri qaytarılıb.

Bu barədə Trend Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Geri qaytarılan vəsaitlər əcnəbilər tərəfindən ölkə ərazisində istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına, fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə sahəsində, mədəniyyət (teatr, kino, muzey, konsert) və tibbi xidmətlərdə, eləcə də işğaldan azad edilmiş ərazilərdəki mehmanxana xidmətlərində ödənilmiş ƏDV-nin qaytarılmasına aiddir.

Həmçinin, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV, həmçinin artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları da vətəndaşlara geri qaytarılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti