Bakı. Trend:
ABŞ dövlət katibi Marko Rubio Ermənistanın baş naziri Nikol Paşinyanı parlament seçkilərində qələbə münasibətilə təbrik edib.
Trend xəbər verir ki, bu barədə Rubio “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.
“Baş nazir Nikol Paşinyanı partiyasının yenidən seçilməsi münasibətilə təbrik edirəm. ABŞ sülhə nail olmaq istiqamətində baş naziri və Ermənistanı dəstəkləyir.
Biz tarixi Vaşinqton Sülh Sammitinin məqsədlərinin irəlilədilməsinə, o cümlədən TRIPP layihəsinin həyata keçirilməsinə sadiqik.
Cənubi Qafqazda və onun hüdudlarından kənarda sülhün, sabitliyin və rifahın təmin edilməsi üzrə birgə əməkdaşlığı səbirsizliklə gözləyirik”, - deyə Rubio yazıb.
Qeyd edək ki, Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinə əsasən Nikol Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası qalib gəlib. Seçkilərin yekun nəticələri iyunun 14-də açıqlanacaq.
