Dünyanın üçüncü ən uzun çayında ən böyük gəmiçilik şlüzü tikiləcək

Dünya xəbərləri Materials 8 İyun 2026 19:38 (UTC +04:00)
Dünyanın üçüncü ən uzun çayında ən böyük gəmiçilik şlüzü tikiləcək
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Çin Yantszı çayında su yolu inşa etmək üçün meqalayihənin tikintisinə başlayıb.

Trend xəbər verir ki, bu layihəyə dünyada öz növündə ən böyük gəmiçilik şlüzü hesab olunur.

Bildirilir ki, şlüzün tikilməsi dünyanın üçüncü ən uzun çayı və Çinin ən böyük çayı olan Yantszıda gəmiçiliyə artan tələbatla əlaqədardır.

Çin Xalq Respublikası Dövlət Şurasının vitse-prezidenti Din Syuesyan Hubei əyalətinin İçan şəhərində keçirilən mərasimdə yeni layihənin açılışını edib.

77,2 milyard yuan (11,3 milyard dollar) dəyərində olan layihə, dünyanın ən böyük hidravlik quruluşu olan Üç Dərə Bəndindəki mövcud şlüzin şimalında beşmərtəbəli, ikizolaqlı gəmiçilik şlüzünün inşasını nəzərdə tutur. Buraya həmçinin çayın aşağısındakı kiçik bənddəki gəmiçilik qurğularının təkmilləşdirilməsi də daxildir.

Tikintisi başa çatdıqdan sonra Üç Dərə Boru Kəmərinin illik ötürmə gücü təxminən ikiqat artaraq 336 milyon tona çatacaq.

Xəbər lenti

Xəbər lenti