Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edib

Dünya xəbərləri Materials 8 İyun 2026 15:36 (UTC +04:00)
Ermənistan KTMT-yə üzvlük haqqını ödəməkdən imtina edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan 2025-ci ildə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlük haqqını ödəməyib.

Trend xarici mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyan XİN-in 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı illik hesabatı parlamentdə təqdim edərkən bildirib.

“Biz üzvlük haqqını sadə bir səbəbə görə ödəməmişik – təşkilatın fəaliyyətində iştirakımız faktiki olaraq olmayıb”, – deyə Mirzoyan qeyd edib.

Xatırladaq ki, Ermənistan 2024-cü il yanvarın 1-dən KTMT-də iştirakını dondurub.

İyunun 5-də Ermənistanın Baş naziri Nikol Paşinyan bildirmişdi ki, Ermənistan KTMT-də iştirakını aktivləşdirməyi planlaşdırmır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti