ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Dünya xəbərləri Materials 8 İyun 2026 08:45 (UTC +04:00)
ABŞ Mavrikidən Çaqos arxipelaqını almağı nəzərdən keçirir

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası Hind okeanında yerləşən Çaqos arxipelaqını Mavrikidən satın almaq imkanını nəzərdən keçirir.

Trend-in məlumatına görə, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadla məlumat yayıb.

Nəşrin yazdığına görə, Vaşinqton bölgədə Çinin təsirinin artmasının qarşısını almaq və Dieqo Qarsiya adasında yerləşən ABŞ-Böyük Britaniya hərbi bazası üzərində nəzarəti qorumaq istəyir.

2025-ci ildə Böyük Britaniya və Mavriki Çaqos arxipelaqı üzərində suverenliyin Mavrikiyə verilməsini nəzərdə tutan saziş imzalayıblar. Sazişə əsasən, Dieqo Qarsiyadakı hərbi baza 99 il müddətində fəaliyyətini davam etdirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti