Bakı. Trend:
ABŞ-ın Yerusalim və Təl-Əvivdəki diplomatik nümayəndəlikləri iyunun 8-də, bazar ertəsi günü fəaliyyət göstərməyəcək.
Trend-in məlumatına görə, bu qərar iyunun 7-si axşam saatlarında İranın İsrailin şimalına endirdiyi zərbələrdən sonra qəbul edilib.
Bu barədə məlumat ABŞ-ın İsraildəki səfirliyinin rəsmi saytında yerləşdirilib.
Məlumatda həmçinin qeyd olunur ki, diplomatların ailələrinə mümkün yeni raket hücumu təhlükəsi ilə əlaqədar evdə qalmaq və sığınacaqların yaxınlığında olmaq tapşırılıb.