Azərbaycan parataekvondoçusu Almaniyada növbəti qızıl medal qazanıb

İdman Materials 8 İyun 2026 03:43 (UTC +04:00)
Azərbaycan parataekvondoçusu Almaniyada növbəti qızıl medal qazanıb
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Nürnberq şəhərində keçirilən parataekvondo üzrə "Prezident Kuboku"nda Sabir Zeynalov (58 kiloqram) növbəti uğura imza atıb.

Trend-in məlumatına görə, 20 yaşlı paralimpiyaçı yarımfinalda türkiyəli Hamza Tarhanın, finalda isə rusiyalı Asxat Akmatovun üzərində qələbə qazanaraq qızıl medala sahib olub.

Qeyd edək ki, paralimpiyaçı cəmi 3 gün əvvəl Roma şəhərində təşkil olunan Roma Qran-prisində də qızıl medal qazanmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti