Bakı. Trend:
İran regional təhlükəsizliklə bağlı narahatlıqlara görə ölkənin qərb hissəsi üzərindəki hava məkanını qeyri-müəyyən müddətə bağlayıb.
Trend-in məlumatına görə, bu barədə yerli mediaya açıqlamasında İranın Mülki Aviasiya Təşkilatının mətbuat katibi Məcid Əhvan deyib.
Tənzimləyici orqan ölkənin qərb sərhəd ərazilərindən keçən beynəlxalq və daxili tranzit marşrutlarına birbaşa təsir edən sərt uçuş məhdudiyyətlərinin tətbiqini təsdiqləyib.
"Təhlükəsizlik üzrə qiymətləndirmənin nəticələrinə və NOTAM bildirişinin dərc olunmasından sonra ölkənin hava məkanının qərb sektoru qeyri-müəyyən müddətə bağlanıb", - deyə M. Əhvan bildirib.
