Bakı. Trend:
İranın xarici işlər naziri Abbas Əraqçi Böyük Britaniya, Qətər, Türkiyə və Fransanın xarici işlər nazirləri, eləcə də Pakistanın ordu rəisi ilə telefon danışığı zamanı regiondakı vəziyyəti və İranın İsrailin Livanda atəşkəsi pozmasına reaksiyasını müzakirə edib.
Trend-in məlumatına görə, bu barədə İran xarici işlər nazirinin "Telegram" səhifəsində bildirilib.
Bildirilib ki, Abbas Əraqçi İranın Livanda atəşkəsin təkrar pozulmasına verdiyi reaksiyadan sonra Britaniya və Türkiyə xarici işlər nazirləri İvet Kuper və Hakan Fidan, eləcə də Pakistan ordusunun baş feldmarşalı Asim Munirlə ayrı-ayrı telefon danışıqlarında son regional gedişatları müzakirə edib.
Bundan əlavə, Əraqçi telefon danışıqları zamanı Fransa xarici işlər naziri Jan-Noel Barrot və Qətər xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl-Sani ilə İranın Livan cəbhəsində İsrail tərəfindən dəfələrlə atəşkəsin pozulmasına verdiyi cavab və son regional hadisələrlə bağlı məsləhətləşmələr aparıb.
