İran İsraili “Xeybarşekan” ballistik raketləri ilə vurub

Dünya xəbərləri Materials 8 İyun 2026 04:48 (UTC +04:00)

Trend:

İran qüvvələri iyunun 7-də axşam saatlarında İsrailə qarşı həyata keçirdiyi hücum zamanı “Xeybarşekan” bərk yanacaqlı ballistik raketlərdən istifadə edib.

Trend-in məlumatına görə, bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, raketin uçuş məsafəsi 1450 kilometr, çəkisi 4500 kiloqram, uzunluğu isə 10 metrdir. “Xeybarşekan” İslam İnqilabı Keşikçiləri Korpusunun üçüncü nəsil raketləri sırasına daxildir və hava hücumundan müdafiə sistemlərini dəf etməyə imkan verən xüsusiyyətlərə malikdir.

Agentliyin məlumatında qeyd olunur ki, raket müasir müdafiə sistemlərinə qarşı effektivliyi artırmaq məqsədilə xüsusi texniki imkanlarla təchiz edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti