"Real" Fransa millisinin müdafiəçisi ilə müqavilə imzaladı

İdman Materials 8 İyun 2026 16:20 (UTC +04:00)
"Real" Fransa millisinin müdafiəçisi ilə müqavilə imzaladı
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Liverpul” və Fransa millisinin müdafiəçisi İbrahima Konate “Real”la müqavilə imzalayıb.

Trend xəbər verir ki, 27 yaşlı futbolçunun müqaviləsi 2030-cu ilin yayına qədərdir.

Konate 7 iyun bazar günü yenidən seçilən klub prezidenti Florentino Peresin seçki kampaniyası zamanı vəd edilən transferlərdən biri idi. Müdafiəçi müqaviləsinin müddəti bitdikdən sonra (30 iyun 2026-cı il) "Liverpul"u azad agent kimi tərk edəcək.

Konate hazırda Fransa milli komandasının düşərgəsindədir və DÇ-2026-ya hazırlaşır. Fransızlar İ qrupunda Seneqal, Norveç və İraqla mübarizə aparacaq.

Xəbər lenti

Xəbər lenti