Toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanıldılar (VİDEO)

Hadisə Materials 8 İyun 2026 16:42 (UTC +04:00)
Toy karvanında avtoxuliqanlıq edən sürücülər saxlanıldılar (VİDEO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Saatlıda toy karvanında yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən “Tofas” və “Mercedes” markalı avtomobillərin sürücüləri Hüseyn Tağızadə və Zamin Mehdiyev saxlanılıblar.

Trend-in məlumatına görə, araşdırma zamanı müəyyən edilib ki, H.Tağızadə nəqliyyat vasitəsini sürücülük hüququ olmadan və sərxoş vəziyyətdə idarə edib.

Hər iki sürücü barəsində inzibati protokollar tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarına əsasən, H.Tağızadə inzibati qaydada həbs olunub, Z.Mehdiyevin isə sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti