Sabunçuda yük avtomobili piyadanı vurub

Hadisə Materials 8 İyun 2026 09:42 (UTC +04:00)
Sabunçuda yük avtomobili piyadanı vurub
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend-in əldə etdiyi məlumata görə, hadisə iyunun 7-də saat 01:35 radələrində Bakı şəhərinin Sabunçu rayonu, Zabrat qəsəbəsində qeydə alınıb.

Belə ki, Abbasov Sahil Sətdar oğlu idarə etdiyi “KamAZ” markalı yük avtomobili ilə “Ayxan” marketin qarşısında yolu keçmək istəyən piyada Əhmədov Nurlan Rafiq oğlunu vurub.

Nəticədə piyada aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti