Azərbayca-Danimarka iqtisadi əməkdaşlığı müzakirə olunub

İqtisadiyyat Materials 8 İyun 2026 14:30 (UTC +04:00)
Azərbayca-Danimarka iqtisadi əməkdaşlığı müzakirə olunub
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Danimarka arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Trend xəbər verir ki, bu barədə Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Məlumata görə, Ole Toft və Novo Nordisk Azerbaijan şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüş keçirilib.

"Danimarka Krallığının Azərbaycandakı qeyri-rezident səfiri Ole Toft və "Novo Nordisk Azərbaycan" əczaçılıq şirkətinin baş direktoru Şule Erdim Ersoy ilə görüşməkdən məmnun olduq. Ölkələrimizin iqtisadi əməkdaşlığının gündəliyində olan prioritet istiqamətləri və biznes əlaqələrinin şaxələndirilməsi potensialını vurğuladıq".

Nazir bildirib ki, görüşdə “Novo Nordisk Azərbaycan" şirkətinin fəaliyyəti, səhiyyə sektorunda qarşılıqlı təşəbbüslərin reallaşdırılması və dövlət-özəl tərəfdaşlığı modelində işbirliyi imkanları barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, "Novo Nordisk" 1923-cü ildə qoyulmuş və mənzil qərargahı Danimarkanın Kopenhagen şəhərinin yaxınlığında yerləşən qlobal səhiyyə şirkətidir.

Şirkətin məqsədi diabeti, piylənməni, nadir qan və endokrin xəstəlikləri kimi digər ciddi xroniki xəstəlikləri məğlub emtək üçün dəyişikliklərin təşəbbüskarı olmaqdır.

Şirkət bunu elmdə inqilabi irəliləyişləri təşviq edərək, dərman preparatlarına çıxışı genişləndirərək xəstəliklərin qarşısını almaq və onları tamamilə sağaltmaq üçün işləyərək edir.

Şirkətin dünya üzrə fəaliyyət göstərən 80 nümayəndəliyində 69000 nəfər işçisi var və 170 ölkənin bazarına məhsullarını çıxarır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti