Azərbaycanda 5 ayda vətəndaşlara 87 mln. manatdan çox ƏDV geri qaytarılıb

İqtisadiyyat Materials 8 İyun 2026 13:22 (UTC +04:00)
Azərbaycanda 5 ayda vətəndaşlara 87 mln. manatdan çox ƏDV geri qaytarılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda bu ilin yanvar-may aylarında vətəndaşlara geri qaytarılmış ƏDV-nin məbləği 87 milyon 305,8 min manat olub.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Belə ki, 2026-cı ilin yanvar – may ayları ərzində ölkə ərazisində pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), teatr tamaşaları, film nümayişi, muzey ziyarəti və simfonik orkestrin konserti sahəsində, həmçinin tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən həyata keçirilən xidmətlərə, işğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən gecələmə və qalma xidmətlərinə görə ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən istehlakçılara qaytarılmış həcmi 87 milyon 305,8 min manat olub.

Qeyd edilib ki, 2026-cı ilin yanvar – may aylarında xarici vətəndaşlar tərəfindən ölkə ərazisində fərdi istehlak üçün alınmış mallara görə dövlət büdcəsindən qaytarılmış ƏDV-nin (“Tax free”) məbləği 3 434,0 min manat təşkil edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti