Bakı.Trend:
Şirvan şəhərində bədbəxt hadisə baş verib.
Trend-in məlumatına görə, şəhər sakini, 28 yaşlı Rəvan Elşən oğlu Rəsulov bu gün saat 15:00 radələrində işlədiyi evin damında olarkən ağır xəsarət alıb.
İlkin məlumata əsasən, onun qoltuqaltı nahiyəsində daşıdığı şiferin kəskin hissəsi damarını zədələyib. Nəticədə R.Rəsulov çoxlu qan itirib və aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
