Vətəndaşlara 14 milyon manatdan çox ƏDV qaytarılıb

İqtisadiyyat Materials 8 İyun 2026 15:52 (UTC +04:00)
Vətəndaşlara 14 milyon manatdan çox ƏDV qaytarılıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-may aylarında Azərbaycanda yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 14 milyon manatdan çoxu vətəndaşlara qaytarılıb.

Trend bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

"Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin fiziki şəxs olan istehlakçılara qaytarılması ilə bağlı “ƏDV geri al” layihəsi uğurla davam etdirilir.

2026-cı ilin yanvar – may ayları ərzində yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilmiş ƏDV-nin müvəkkil banklar tərəfindən qaytarılmış həcmi 14 milyon 175,0 min manat təşkil edib", - məlumatda qeyd edilib.

Qeyd edək ki, Azərbaycanda “ƏDV geri al” mexanizmi son illərdə istehlakçı hüquqlarının genişləndirilməsi və şəffaf maliyyə dövriyyəsinin təşviqi baxımından mühüm alət kimi çıxış edir. Yaşayış və qeyri-yaşayış sahələrinin nağdsız qaydada alışı zamanı ödənilən əlavə dəyər vergisinin bir hissəsinin fiziki şəxslərə qaytarılması həm nağdsız ödənişlərin stimullaşdırılmasına, həm də tikinti sektorunda maliyyə intizamının gücləndirilməsinə xidmət edir.

Ümumilikdə, “ƏDV geri al” layihəsi ölkədə vergi mədəniyyətinin formalaşdırılması, istehlakçıların maliyyə yükünün azaldılması və iqtisadi dövriyyənin leqallaşdırılması istiqamətində vacib islahat elementlərindən biri kimi qiymətləndirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti