Qəbul imtahanının nəticələri 2 həftədən sonra elan olunacaq

Cəmiyyət Materials 8 İyun 2026 09:48 (UTC +04:00)
Qəbul imtahanının nəticələri 2 həftədən sonra elan olunacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

İyunun 7-də keçirilən qəbul imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.

Trend bu barədə Dövlət İmtahan Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını (I ixtisas qrupu, IV ixtisas qrupu, III ixtisas qrupu - coğrafiya), eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti