Bakı. Trend:
Pakistanın təhlükəsizlik qüvvələri son üç gün ərzində ölkənin şimal-qərbində yerləşən Xeybər-Paxtunxva əyalətində 27 silahlını zərərsizləşdirib.
Trend xəbər verir ki, bu barədə İslam respublikasının İctimaiyyətlə Əlaqələr İdarəsi (ISPR) məlumat yayıb.
Ölkədə qadağan olunmuş "Fitna əl-Xəvaric" qruplaşmasına qarşı bir sıra antiterror əməliyyatları Şimali Vəziristan dairəsində həyata keçirilib. Məhv edilən silahlılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına və mülki şəxslərə qarşı hücumlarda iştirak ediblər. Onların üzərindən silah və sursat aşkar edilib.
ISPR-in məlumatına görə, Pakistanın təhlükəsizlik qüvvələri 2025-ci ildə 2 597 silahlını zərərsizləşdirib. Həmin dövrdə Pakistan ərazisində 5 397 terror aktı qeydə alınıb ki, nəticədə 1 235 nəfər həyatını itirib. Terror hücumlarının 70 faizdən çoxu şimal-qərbdəki Xeybər-Paxtunxva əyalətində, təxminən 29 faizi isə ölkənin cənub-qərbində yerləşən Bəlucistan əyalətində baş verib.
