Bakı.Trend:
Filippində baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 19 nəfərə çatıb.
Trend xəbər verir ki, bu barədə yerli KİV ölkənin mülki müdafiə agentliyinə istinadən məlumat yayıb.
Ümumilikdə yeraltı təkanların səbəb olduğu fəsadlardan 200-ə yaxın insan zərər çəkib. Yeddi nəfərin itkin düşdüyü bildirilir.
xxx
07:24
Filippinin cənubunda baş verən 7,8 bal gücündə zəlzələ nəticəsində ən azı bir nəfər ölüb, dörd nəfər yaralanıb.
Trend-in məlumatına görə, bu barədə "ABS-CBN News" televiziya kanalı xəbər verib.
Yeraltı təkanlar General Santos şəhərində bir neçə binanın uçmasına səbəb olub.
"Bir çox binaya ziyan dəyib, amma hazırda neçə binaya ziyan dəydiyini deyə bilmərəm; biz xilasetmə əməliyyatları ilə məşğuluq", - deyə yerli polisin nümayəndəsi bildirib.
