Bakı.Trend:
İmişli rayon sakini Araz çayında çimərkən boğulub.
Trend-in əldə etdiyi məlumata görə, rayonun Rəsullu kənd sakini Mirişli Turan Mirağa oğlu iyunun 7-də saat 20:00 radələrində Araz çayının kənd ərazisindən keçən hissəsində çimən zaman suda boğulub.
Hazırda onun meyitinin tapılması istiqamətində tədbirlər davam etdirilir.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
