Azərbaycanda lokal kartlarla aparılmış əməliyyatların həcmi açıqlanıb

İqtisadiyyat Materials 8 İyun 2026 15:28 (UTC +04:00)
Azərbaycanda lokal kartlarla aparılmış əməliyyatların həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin aprel ayının sonuna olan məlumata görə, Azərbaycanda rezident maliyyə təşkilatları tərəfindən emissiya edilmiş lokal kartlardan (statistik vahidin ödəniş kartları da daxil olmaqla) istifadə edilməklə həyata keçirilən əməliyyatların sayı 82,4 min, əməliyyatların həcmi isə 87,82 milyon manat təşkil edib.

Bu barədə Trend-ə Azərbaycan Mərkəzi Bankından məlumat verilib.

Məlumata əsasən, ötən ilin aprel ayı ilə müqayisədə yerli kartlardan istifadə edilməklə həyata keçirilən əməliyyatların sayı 10,9 min və ya 15,2 faiz artıb, əməliyyatların həcmi isə 17,28 milyon manat və ya 24,5 faiz yüksəlib.

Qeyd edək ki, rezident kartlarla əməliyyatlar dedikdə, Azərbaycanda fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən buraxılmış kartlardan istifadə edilməklə həyata keçirilən bütün əməliyyatlar nəzərdə tutulur.

Aprel ayının sonuna olan vəziyyətə görə, bankların və “Azərpoçt” MMC-nin sistemlərində dövriyyədə olan ödəniş kartlarının sayı əvvəlki ayla müqayisədə 108 min ədəd artaraq 22 milyon 518 min karta çatıb.

Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 9 faiz artıb.

Debet kartlarının sayı 11 faiz artdığı halda, kredit kartlarının sayı 11 faiz azalıb. Ödəniş kartlarının sayındakı artım nağdsız ödənişlərin həcminə də müsbət təsir göstərib. Belə ki, ilin əvvəlindən etibarən ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 16 faiz artıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti