Ermənistan gələcəyini seçib - Kallas

Dünya xəbərləri Materials 8 İyun 2026 15:20 (UTC +04:00)
Ermənistan gələcəyini seçib - Kallas
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistan Avropa gələcəyinin xeyrinə səs verib.

Trend xəbər verir ki, bunu Avropa İttifaqının Xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bildirib.

“Rusiyanın güclü təzyiqin olmasına rəğmən Ermənistan xalqı sonunda Avropa yolu seçdi və yaxşı bir haldır”, - deyə o qeyd edib.

Kallasın sözlərinə görə, Avropa İttifaqı islahatların keçirilməsi məsələsində Yerevana köməklik göstərməyə hazırdır.

Qeyd edək ki, iyunun 7-də Ermənistanda parlament seçkiləri keçirilib. Seçkilərdə 16 partiya və iki blok iştirak edib. Seçkilərin nəticələrinə əsasən baş nazir Nikol Paşinyanın hakim “Vətəndaş Müqaviləsi” partiyası parlamentdə çoxluq təşkil edəcək və hökuməti formalaşdıracaq. Ermənistanın Mərkəzi Seçki Komissiyasının ilkin məlumatlarına əsasən, “Vətəndaş Müqaviləsi” Partiyası 49,81 faiz (727 160 səs) toplayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti