Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb

İqtisadiyyat Materials 8 İyun 2026 16:12 (UTC +04:00)
Azərbaycan və Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi açıqlanıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı.Trend:

Cari ilin yanvar–aprel aylarında Azərbaycan ilə Yunanıstan arasında ticarət dövriyyəsinin həcmi 361,1 milyon ABŞ dolları təşkil edib.

Bu barədə Trend-ə Azərbaycanın Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 47,2 milyon ABŞ dolları və ya 15% çoxdur.

Hesabat dövründə Yunanıstan ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 2,08%-ni təşkil edib.

Yanvar–aprel aylarında Azərbaycan Yunanıstana 336,6 milyon ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 42,5 milyon ABŞ dolları və ya 14,4% artım deməkdir.

Eyni zamanda, hesabat dövründə Yunanıstan Yunanıstandan Azərbaycana təxminən 24,5 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları həyata keçirilib ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4,7 milyon ABŞ dolları və ya 23,7% artım deməkdir.

Xatırladaq ki, aprel ayında Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Papakonstantinu ilə görüşün yekunlarına dair bildirib ki, Azərbaycanın Yunanıstana tədarük etdiyi təbii qazın həcmi 5,6 milyard kubmetrə çatıb. Tərəflər həmçinin enerji sahəsində ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini və Hökumətlərarası Komissiya çərçivəsində qarşılıqlı fəaliyyəti müzakirə ediblər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti