Nərimanovda qadın və onun əlbir olduğu şəxs 6 kiloqram narkotiklə saxlanıldı

Hadisə Materials 8 İyun 2026 12:32 (UTC +04:00)
Nərimanovda qadın və onun əlbir olduğu şəxs 6 kiloqram narkotiklə saxlanıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Nərimanov rayonunda 6 kq narkotik vasitə aşkarlanıb.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat zamanı 27 yaşlı Paşa Bayramov və onunla əlbir olan 46 yaşlı qadın saxlanılıb. Onlardan 6 kiloqramdan artıq narkotik vasitə marixuana və tiryək aşkarlanıb.

Araşdırma zamanı saxlanılanların narkotikləri paytaxt ərazisində ayrı-ayrı ünvanlara yerləşdirərək satışını təşkil etməyi planlaşdırdıqları məlum olub.

Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti