NATO qırıcıları Latviya üzərində xarici dronu vurub

Dünya xəbərləri Materials 8 İyun 2026 12:18 (UTC +04:00)
NATO qırıcıları Latviya üzərində xarici dronu vurub
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

NATO-nun Baltikyanı ölkələrin hava məkanının patrul xidməti (Baltic Air Policing) missiyası çərçivəsində fəaliyyət göstərən Fransa Hərbi Hava Qüvvələrinin qırıcıları Latviya səmasında pilotsuz uçuş aparatını (PUA) vurublar.

Trend xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Milli Silahlı Qüvvələrinin (MSQ) “X” sosial şəbəkəsində yaydığı məlumatda bildirilib.

“Müttəfiq qırıcılar Latviyanın hava məkanına daxil olmuş dronu uğurla məhv ediblər”, – deyə MSQ qeyd edib.

Hazırda respublikada hava həyəcanı rejimi ləğv olunub.

Bundan əvvəl Latviya MSQ-si ölkənin hava məkanına təhlükə yarandığını bəyan etmiş və sakinləri təhlükəsizlik tədbirlərinə əməl etməyə çağırmışdı.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti