Güclü geomaqnit qasırğası olacaq

Cəmiyyət Materials 8 İyun 2026 15:07 (UTC +04:00)
Güclü geomaqnit qasırğası olacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Həftənin ilk üç günü güclü geomaqnit qasırğası proqnozlaşdırılır.

Trend bu barədə Şamaxı Astrofizika Rəsəsdxanasına istinadən xəbər verir.

Rəsədxananın məlumatına görə, 10 MeV-dən yuxarı enerji yüklü proton selinin 6 iyunda baş vermiş Tac Kütlə Atılmalarının (TKA) Yerə çatması ilə artacağı gözlənilir.

Günəş küləyinin də həmin TKA-nın təsiri nəticəsində 8–9 iyun tarixlərində normadan yüksək səviyyədə olacağı proqnozlaşdırılır.

Ardıcıl TKA-ların təsiri ilə 8–10 iyun tarixlərində güclü geomaqnit qasırğası gözlənilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti