Özbəkistanda partlayış - ölənlər var

Dünya xəbərləri Materials 8 İyun 2026 17:30 (UTC +04:00)
Özbəkistanda partlayış - ölənlər var
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Özbəkistanın Qaşqadərya vilayətində qazdoldurma məntəqəsində baş verən partlayış nəticəsində altı nəfər həlak olub.

Trend xəbər verir ki, bu barədə respublikanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

"Bu gün, iyunun 8-də saat 13:50-də (Bakı vaxtı ilə 12:50) Qaşqadərya vilayətinin yanğından mühafizə xidmətinə məişət qaz balonlarının doldurulması məntəqəsində partlayış baş verməsi barədə məlumat daxil olub. Hadisə nəticəsində 6 nəfər həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib", – deyə nazirliyin Telegram kanalında yayımlanan məlumatda bildirilir.

Digər təfərrüatlar açıqlanmır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti