Bakı. Trend:
Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kintero Prezident İlham Əliyevə məktub ünvanlayıb.
Trend xəbər verir ki, məktubda qeyd olunub:
"Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Zati-alinizə Panama xalqı və Hökuməti adından, həmçinin öz adımdan ən səmimi təbriklərimi, xalqınıza davamlı rifah və tərəqqi arzularımı çatdırmaqdan şərəf duyuram.
Ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 31-ci ildönümünü qeyd edərkən, Panama ilə Azərbaycanı birləşdirən dostluq və əməkdaşlıq əlaqələrini, qarşılıqlı anlaşmanı daha da möhkəmləndirməklə bağlı səmimi arzumuzu bildirməklə yanaşı, sülhə və inkişafa sarsılmaz sadiqliyimizi bir daha təsdiqləyirik".
