Azərbaycanda güzəştlə alınan aqrar texnikanın ixracına məhdudiyyət qoyuldu

Siyasət Materials 8 İyun 2026 17:22 (UTC +04:00)
Azərbaycanda güzəştlə alınan aqrar texnikanın ixracına məhdudiyyət qoyuldu
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda güzəştli şərtlərlə maliyyələşdirilən kənd təsərrüfatı texnikasının maliyyələşdirildiyi tarixdən 5 il müddətində ölkədən ixracına yol verilməyəcək.

Trend xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında" 19 dekabr 2018-ci il tarixli fərmanında dəyişiklik edib.

Fərmana əsasən, güzəştlə alınmış aqrar texnika barədə məlumatlar real vaxt rejimində "Elektron kənd təsərrüfatı" informasiya sistemi vasitəsilə Dövlət Gömrük Komitəsinin informasiya sisteminə ötürüləcək.

Xəbər lenti

Xəbər lenti