Ümid edirik ki, Ermənistan daha cəsarətli addımlar atacaq - Türkiyə XİN

Siyasət Materials 8 İyun 2026 19:49 (UTC +04:00)
Ümid edirik ki, Ermənistan daha cəsarətli addımlar atacaq - Türkiyə XİN
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Türkiyə Xarici İşlər Nazirliyi iyunun 7-də Ermənistanda keçirilən parlament seçkilərinin dinc və sakit atmosferdə keçirilməsini alqışlayıb.

Trend xəbər verir ki, Türkiyə XİN bununla bağlı açıqlama yayıb.

“Ümid edirik ki, seçkilərdən sonrakı dövrdə Ermənistan sülhün təmin edilməsi və regionda vəziyyətin normallaşdırılması istiqamətində daha cəsarətli addımlar atacaq. Türkiyə əvvəlki kimi, region ölkələrinin ortaq maraqlarını rəhbər tutaraq regional sabitliyə və rifaha töhfə verməyə davam edəcək”, - deyə XİN-in açıqlamasında qeyd olunub.

Xəbər lenti

Xəbər lenti