İspaniya Baş naziri Roma Papasına zeytun ağacı hədiyyə edib

Dünya xəbərləri Materials 8 İyun 2026 20:12 (UTC +04:00)
İspaniya Baş naziri Roma Papasına zeytun ağacı hədiyyə edib
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

İspaniya Baş naziri Pedro Sançez Papa XIV Leoya sülh və dialoq rəmzi olaraq bonsai zeytun ağacı hədiyyə edib.

Trend xəbər verir ki, bu barədə krallıq Baş nazirinin mətbuat xidməti məlumat verib.

Roma Papası Baş naziri Madriddəki Apostol Nunsiosunda (səfirlikdə) qəbul edib. Qeyd edilib ki, görüş zamanı Sançez Papaya 13 yaşlı İspan bonsai zeytun ağacı hədiyyə edib.

Bildirilib ki, bu bitki ənənə və innovasiya, tarixi köklərə hörmət və qabaqcıl texnologiyaların tətbiqi arasında mükəmməl bir tarazlıqdır.

"Zeytun ağacı sülhün, dialoqun və qarşılıqlı anlaşmanın universal simvoludur. Bunlar İspaniya və Vatikanın paylaşdığı dəyərlərdir", - deyə hökumətin mətbuat xidməti əlavə edib.

XIV Leo iyunun 6-da İspaniyaya gəlib. Səfər çərçivəsində onun Barselona və Kanar adalarına da səfər etməsi planlaşdırılır.

İspaniyaya sonuncu dəfə səfər edən Papa XVI Benedikt (1927-2022) olub. O, 2011-ci ildə Dünya Gənclər Günü münasibətilə ölkədə olub.

Xəbər lenti

Xəbər lenti