Bakı. Trend:
Ermənistanda keçirilmiş parlament seçkilərinin yekun nəticələri iyunun 14-də elan olunacaq.
Trend-in erməni KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vaaqn Ovakimyan deyib.
"Nəticələrin yenidən hesablanması və zəruri düzəlişlərin edilməsi cümə gününədək davam edəcək. Bundan sonra şikayət və müraciətlərə baxılacaq. Seçkilərin yekun nəticələri iyunun 14-də elan olunacaq", - deyə o bildirib.
