Bakı. Trend:
Divok Orici karyerası ilə bağlı yekun qərarını verib.
Trend xəbər verir ki, belçikalı hücumçu karyerasını başa vurub.
Təcrübəli forvard 31 yaşında peşəkar futbolla vidalaşıb.
Qeyd edək ki, Divok Orici "Genk", "Lilli", "Liverpul", "Volfsburq", "Nottingem Forest" və "Milan"da çıxış edib. O, Belçika millisinin heyətində keçirdiyi 32 rəsmi matçda 3 qol vurub.
