Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)

Siyasət Materials 8 İyun 2026 22:35 (UTC +04:00)
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

8 iyun tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Suriya Ərəb Respublikasının Xarici İşlər və Mühacirlər Nazirliyi arasında ilk konsulluq məsləhətləşmələri keçirilib.

Bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Konsulluq idarəsinin rəisi Emil Səfərov, Suriya nümayəndə heyətinə isə Konsulluq idarəsinin rəisi Məhəmməd Yaqub əl-Ömər rəhbərlik edib.

Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanla Suriya Ərəb Respublikası ilə konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, həmçinin sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması və konsulluq xidmətlərinin rəqəmsallaşdırılması imkanları nəzərdən keçirilib.

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, iki ölkə vətəndaşlarının hüquq və maraqlarının qorunması, həmçinin Azərbaycan Respublikası vətəndaşlarının Suriyadan repatriasiyası məsələlərini də müzakirə ediblər.

Suriya tərəfi yeni qurulan konsulluq xidmətlərinin gələcək inkişafı üçün Azərbaycan təcrübəsinin öyrənilməsində maraqlı olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti