Bakı. Trend:
"Mançester Siti" Elliot Anderson üçün ikinci transfer təklifi hazırlayır. Daha əvvəl “şəhərlilər” "Nottingem"in yarımmüdafiəçisi üçün ilk təklifini göndərmişdi, lakin bu təklif klub tərəfindən rədd edilmişdi.
Trend xəbər verir ki, “Mançester Siti” 23 yaşlı İngiltərə yığması üzvü üçün 80 milyon funt-sterlinqdən artıq məbləğ ödəməyə hazırdır.
"Mançester Yunayted" də Andersonu transfer etmək ümidini itirməyib, lakin klub “şəhərlilər"in bu yarışda daha əlverişli mövqedə olduğunu anlayır.
Geridə qalan mövsümdə Anderson Premyer Liqada 38 oyunda iştirak edib və 4 qol vurub.