Bakı. Trend:
İranın cənubunda 4,9 bal gücündə zəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Mərkəzdən verilən məlumata görə, zəlzələnin episentri Bəndər Abbasdan 113 km şimal-şərqdə qeydə alınıb. Episentr 10 km dərinlikdə yerləşib.
Zərərçəkənlər və dağıntılar barədə məlumat verilməyib.