"Yuventus"un qapıçı mövqeyində əsas transfer hədəfi açıqlanıb

İdman Materials 9 İyun 2026 03:58 (UTC +04:00)
"Yuventus"un qapıçı mövqeyində əsas transfer hədəfi açıqlanıb

Bakı. Trend:

"Yuventus" qapıçı mövqeyi üçün əsas namizəd kimi Emiliano Martinesi nəzərdən keçirir.

Trend xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb. Daha əvvəl Turin klubu Alisson Bekerlə maraqlanırdı. Lakin "Liverpul" rəhbərliyi braziliyalı qapıçıya növbəti mövsümdə də onun xidmətlərinə güvəndiyini bildirib.

Bundan sonra “Yuventus” "Aston Villa"nın qapıçısı Martinesin transfer dəyəri və şəxsi müqaviləsinin detalları ilə bağlı danışıqlara başlayıb. Klub futbolçunun yüksək maaşına baxmayaraq, bu transfer imkanını ciddi şəkildə araşdırır.

Turinlilərin alternativ variantı isə hələ də Quglielmo Viçariodır. Hazırda o, "Tottenhem"in formasını geyinir.

Xəbər lenti

Xəbər lenti