Bakı. Trend:
Serbiya Prezidenti Aleksandar Vuçiç bildirib ki, ölkəsi yay aylarında ABŞ ilə strateji dialoqun başlanmasına nail ola bilər.
Trend xəbər verir ki, Vuçiç bu barədə “Pink” televiziya kanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Belqrad Vaşinqtonla əməkdaşlığın genişləndirilməsi istiqamətində iş aparır və bu prosesin nəticəsi olaraq yay dövründə strateji dialoqun start götürməsi mümkündür.
Prezident vurğulayıb ki, Serbiya üçün sülhün və sabitliyin təmin olunması, vətəndaşların rifahı, eləcə də planlaşdırılan proqram və layihələrin həyata keçirilməsi əsas prioritetlərdir.
Vuçiç əlavə edib ki, Serbiya Avropa inteqrasiyası kursunu davam etdirəcək və ölkə daxilində həyata keçirilən siyasətin ardıcıl və sabit xarakter daşıdığını bildirib.
Qeyd edək ki, daha əvvəl Serbiyanın xarici işlər naziri Marko
Curiç də ABŞ ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəal
iş aparıldığını açıqlamışdı.