...

Halal Biznes Forumu çərçivəsində İƏT Kiçik və Orta Biznes Şəbəkəsi yaradılıb

İqtisadiyyat Materials 8 Oktyabr 2025 17:59 (UTC +04:00)
Halal Biznes Forumu çərçivəsində İƏT Kiçik və Orta Biznes Şəbəkəsi yaradılıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda keçirilən Halal Biznes Forumu çərçivəsində İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin Kiçik və Orta Biznes Şəbəkəsinin təsis mərasimi və ilk iclası baş tutub.

Trend xəbər verir ki, tədbirdə İƏT-ə üzv dövlətlərin KOB-lara dəstək və xidmət göstərən qurumlarının və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Şəbəkənin yaradılmasının məqsədi – İƏT çərçivəsində KOB-ları dəstəkləyən strukturlar arasında əməkdaşlığın gücləndirilməsidir.

Forumun İƏT KOB Şəbəkəsinin yaradılmasına həsr olunmuş ilk panel sessiyasında üzv ölkələrin müvafiq qurumlarının nümayəndələri KOB-ların dəstəklənməsi və onlara xidmət sahəsindəki təcrübələrini bölüşüblər, həmçinin birgə fəaliyyət perspektivlərini müzakirə ediblər.

İclasda Türkiyə (KOSGEB), Səudiyyə Ərəbistanı (MONSHAAT), Mərakeş (“Morocco PME”), eləcə də İordaniya, Pakistan, Qırğızıstan, Çad və Kot-d’İvuar nümayəndələri iştirak ediblər.

Panel zamanı Azərbaycanın Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) nümayəndələri ölkədə KOB-lara göstərilən dəstək və xidmətlər, həmçinin milli kiçik və orta biznes ekosistemi barədə məlumat veriblər.

Çıxış edənlər vurğulayıblar ki, KOB-lar bütün dünyada iqtisadiyyatın hərəkətverici qüvvəsidir və iqtisadiyyatın və məşğulluğun əhəmiyyətli hissəsini təşkil edir. Qeyd olunub ki, İƏT ölkələrində şirkətlərin 99,9 faizini KOB-lar təşkil edir, onların payına isə məşğulluğun 93 faizdən çoxu və əlavə dəyərin təxminən 85 faizi düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti