Bakı. Trend:
Türkiyənin xarici işlər naziri Hakan Fidan Parisdə Qəzza zolağında müharibədən sonrakı keçid dövrünə dair keçiriləcək beynəlxalq toplantıda iştirak edəcək.
Trend xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüşün sabah baş tutacağı bildirilir. Toplantıda Tramp planının necə tətbiq olunacağı, Qəzzanın yeni inzibati strukturu və müxtəlif ölkələrin bu prosesə verdiyi dəstəyin koordinasiyası müzakirə ediləcək.