...

Əfqanıstanda "Instagram", "Facebook" və "Snapchat"a giriş məhdudlaşdırılıb

Dünya xəbərləri Materials 8 Oktyabr 2025 22:10 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Əfqanıstanda populyar sosial şəbəkələr – "Instagram", "Facebook" və "Snapchat"a giriş məhdudlaşdırılıb.

Trend xəbər verir ki, bu barədə internetin fəaliyyətinə nəzarət edən "NetBlocks" monitorinq xidməti məlumat yayıb. Bildirilib ki, sözügedən platformalara giriş ölkədə bir neçə internet provayderi tərəfindən məhdudlaşdırılıb.

Məhdudiyyətlərin ötən həftə baş verən genişmiqyaslı telekommunikasiya kəsintisindən sonra tətbiq olunduğu qeyd olunur.

Xatırladaq ki, "NetBlocks" sentyabrın 29-da "Taliban" hərəkatının "mənəviyyat qaydalarına əməl olunmasının təmin edilməsi" məqsədilə həyata keçirdiyi tədbirlər fonunda Əfqanıstanda internetin tam kəsildiyini bildirmişdi.

Xəbər lenti

Xəbər lenti